Qətərli nazirdən Səudiyyənin kukla şahzadəsinə SİLLƏ KİMİ SÖZLƏR

Baxış sayı:
5665

Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Sani, Qətərin əhalisinin az olduğuna görə aşığılamaq istəyən Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Salmana, "Dövlətlərin gücü əhalisinin çoxluğu ilə ölçülməz" deyərək təpki göstərib.
 
Qətərdə yayımlanan “Al-Jazeera” telekanalının verdiyi xəbərə görə, nazir Al Sani, Körfəz böhranının çox əhəmiyyətsiz olduğunu və özünün məsələni təqib etmədiyini ifadə edən Səudiyyə Şahzadəsi Məhəmməd bin Salmanın, "Qətərin əhalisi, Misirdəki bir küçə insanından daha azdır" açıqlamalarına cavab verib.
Səudiyyə rəsmilərinin Qətərlə bağlı son dövrlər ard-arda verdiyi bəyanatlar, göstərməyə çalışdıqlarının əksinə, "düşüncələrinin Qətərlə məşğul olduğunu sübut edir" deyən Al Sani, sonra bunları qeyd edib:
“Dövlətlərin gücü əhalinin sayı ilə ölçülməz. Ərazi baxımından kiçik bir dövlət ola bilərik. Ancaq bizdə vətəndaşlarına önəm verən böyük beyinlər və ürəklər var. Digər tərəfdən, regionda yalnız hiylə qurub, sabitliyi hədəfə alan ürəkləri və beyinləri balaca, üfüqləri dar, amma ərazi baxımından böyük dövlətlər də var".
Qeyd edək ki, Körfəz böhranı ilə əlaqədar Səudiyyə Şahzadəsi, "Qətər blokadasının ABŞ-ın Kubaya etdiyi kimi, on illərlə davam edəcək" deyə, söyləmişdi.
Müxalifət.az