Qərbdən Türkiyədəki suriyalılarla bağlı 500 milyonluq - Qərar
4-07-2018 22:29
Baxış sayı:
7675

Avropa Parlamenti Türkiyədəki suriyalı şagirdlərlə bağlı qərar verib.
Muxalifet.az xəbər verir ki, Strasburqda keçirilən iclasda suriyalı şagirdlərə 500 milyon avroluq yardım edilməsi qərara alınıb.
AP-nin Rumıniyadan olan üzvü Ziqfrid Mureşan tərəfindən hazırlanan hesabatda Türkiyədə 300 mindən çox suriyalı uşağın təhsilinə davam etməsi üçün 5 min müəllimin maaşını ödəmək məqsədi ilə 500 milyon avro maliyyə yardımı göstərilməsini nəzərdə tutur.