Qərb Rusiyanı belə çökdürür: 21%, 400 şirkət, 30 trilyon...

Baxış sayı:
5935

Rusiyaya qarşı Qərb sanksiyaları ölkənin ümumdaxili məhsulunun 20-21%-lik hissəsinə toxunub.

Muxalifət.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Analitik Kredit Reytinq Agentliyi yayıb. Məhdudiyyətlərə daha çox böyük dövlət bankları, neft-qaz şirkətləri və hərbi sənaye kompleksi məruz qalıb.

Agentlik ümumilikdə ABŞ sanksiyalarına Rusiyanın 400 şirkət və bankının məruz qaldığını bildirib:

“Bu siyahıda olanların çoxu böyük ana strukturların törəmələridir. 2017-ci ildə sanksiyalar altına düşmüş Rusiya şirkətlərinin və banklarının ümumi konsolidə edilmiş gəlirləri 30 trilyon rubl olub. Bu sanksiyalar Rusiya ÜDM-sinin 20-21%-nə təsir göstərib. 2014-cü ildə sanksiyaların tətbiqi Rusiyanın maliyyə sisteminin böhran vəziyyətinə keçməsinə səbəb olmadı. Bununla belə investisiya iqlimi pisləşdi, neft qiymətlərinin enməsi isə iqtisadiyyatda durğunluğa səbəb oldu”.