QƏNDİL TERRORÇULARININ GİZLİ PLANI

Baxış sayı:
5323

Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, Türkiyə Silahlı qüvvələri Qəndil rayonunda yuva salmış terrorçulara qarşı əməliyyatın ilkin mərhələsini tamamlayıb. İkinci və üçüncü mərhələlər üçün bölgədə hərbi və logistik hazırlıqlar görülür.

PKK-nın Qəndildəki terrorçuları iki yerə bölərək Kocar və Serteki Bamo dağlarına keçirməyə hazırlaşdığı, 2 300 nəfər terrorçunun bir qisminin Ranya-Süleymaniye və Kərkük yolu vasitəsilə Mahmur rayonuna yerləşdirməyə çalışdığı bəlli olub.

Həmçinin, yerli mənbələr ramazan ayı başlanandan indiyə qədər Qəndilə 6 dəfə diplomatik qeydiyyat nişanlı avtomobillərin gəlib-getdiyi bəlli olub.