​"Qəbələ" məğlub oldu, "Zirə"dən ilk qələbə

Baxış sayı:
12208

Azərbaycan Premyer Liqasında VII tura star verilib.
Muxalifet.az xəbər verir ki, turun ilk matçında "Zirə” "Qəbələ”ni qəbul edib. "Dalğa Arena”da baş tutan qarşılaşma "Zirə”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu 85-ci dəqiqədə Miloş Radivoyeviç vurub. Çempionatda ilk qələbəsini qazanan qəsəbə təmsilçisi 4 xalla 7-ci pilləyə yüksəlib. "Qəbələ” isə 5 xalla 6-cı yerdədir.
Turun digər matçında "Səbail” "Sumqayıt”ı 2-0 məğlub edib.
Qeyd edək ki, günün son matçında "Neftçi” – "Sabah” komandaları qarşılaşır.