Qəbiristanlıqdan oğurluq edən şəxslər TUTLDU
28-09-2017 12:32

Yevlaxda qəbiristanlıqdan oğurluq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiklərinə görə tutulan İsmayıl Dərvişin və Kamil Seyidovun ətraflarında Yevlax Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların ötən il noyabrın 7-də Ağdaş magistral qaz kəmərləri sahəsinə məxsus transformatorun hissələrini, habelə sentyabrın 5-də Yevlax rayonundakı qəbiristanlıqdakı qəbirlərdən birinin kənarına çəkilmiş alüminiumdan hazırlanmış bəzək əşyalarını sökərək oğurlamaları da müəyyən edilib.