Qaxariya açıqladı: İstefa verməyəcəm!
27-06-2019 22:32
Baxış sayı:
3340

Tiflis iğtişaşları ilə bağlı istintaq başa çatmayana qədər istefa verməyəcəyəm. Muxalifet.az xəbər verir ki, bu sözləri Gürcüstanın Daxili İşlər naziri Georgi Qaxariya deyib. “İstintaq bitdikdən və yekun nəticələr əldə etdikdən sonra mənim bu kreslodan imtina etməyim üçün heç bir problem olmayacaq”, - deyə DİN rəhbəri bildirib. Qeyd edək ki, 20-21 iyundan bəri davam edən etirazlarda səslənən tələblərdən biri də G.Qaxariyanın istefa verməsidir.