​"Qarabağ"ın transfer planı SUYA DÜŞDÜ

Baxış sayı:
3979

Uzun müddətdir “Qarabağ”ın maraq dairəsində olan CAR-lı futbolçu Xama Billiat ağdamlılarla razılaşmayıb.
Publika.az xəbər verir ki, "Mamelodi Sandaunz" klubunun futbolçusu “Qarabağ”ın göndərdiyi ilkin müqaviləni qəbul etməyib.
Klubu ilə müqaviləsi iyunun 30-da başa çatacaq Billiatın hazırda digər variantları nəzərdən keçirdiyi bildirilir.
Qeyd edək ki, 27 yaşlı forvardın mövsümün sonunda azad agent statusu ilə “Qarabağ”a keçəcəyi deyilirdi.