​"Qarabağ"ın sabiq qapıçısı Türkiyə klubu ilə ikiillik razılıq əldə edib

Baxış sayı:
3538

“Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiç Türkiyənin “Erzurumspor” klubu ilə anlaşıb.
Muxalifet.az "A Spor"a istinadən xəbər verir ki, Bosniya və Herseqovina yığmasının qapıçısı razılaşmaya əsasən 2 il Türkiyə təmsilçisində çıxış edəcək. 
Qeyd edək ki, 2013-2018-ci illərdə “Qarabağ”ın formasını geyinən Şehiç daha əvvəl vətənində “Jelezniçar” və Türkiyədə “Mersin İdman Yurdu” komandalarının şərəfini qoruyub. “Erzurumspor” yeni mövsümdən etibarən Türkiyə Super Liqasında çıxış edəcək.