Qarabağda "vətəndaş müharibəsi" başlanır, Azərbaycan...

Baxış sayı:
9214

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində yaradılan separatçı rejim 2020-ci ildə “prezident seçkiləri” keçirəcək. Hazırda Azərbaycan torpaqlarında yaşayan ermənilər arasında ciddi qarşıdurma yaşanır. Muxalifet.az publika-ya istinadən xəbər verir ki, separatçı rejimin keçmiş “xarici işlər naziri” Arman Melikyan Qarabağda toqquşmaların olacağını hesab edir. Onun fikrincə, əgər “prezidentliyə güzəştli namizəd” çıxmayacaqsa, Qarabağda vətəndaş toqquşması real olacaq. “Əgər Bako Saakyan, Samvel Babayan, Araik Artünyan, Vitali Balasanyan və digərləri ortaq “namizəd” və ya “namizədlər” tapıb, razılaşacaqlarsa, onda Qarabağ güclənəcək. Əgər bunun əksi olacaqsa, daxili siyasi qarşıdurma, hətta “vətəndaş müharibəsi” qaçılmaz olacaq. Qarşıdurma olacaqsa, bu, Azərbaycanın əlini gücləndirəcək və daha ciddi risklər yaranacaq”, - deyə o bildirib.