Qarabağda savaş başlasa, Türkiyə ordusu köməyə gəlsinmi? - VİDEOSORĞU

Baxış sayı:
11068

“Türk qoşunları Azərbaycana gəlməlidir. Azərbaycan sərhədlərini türk qoşunları ilə bir yerdə qorumalıyıq. Biz Türkiyə ilə hərbi müttəfiqliyi Rusiya-Ermənistan arasındakı hərbi müttəfiqlik səviyyəsinə qaldırmalıyıq”. 

Bu fikirləri ADP sədri Sərdar Cəlaloğlu səsləndirib. 

Onun sözlərinə görə, necə ki, ruslar Ermənistan sərhədlərini ermənilərlə birgə qoruyur, Azərbaycan sərhədlərini də türk qoşunları ilə biz bir yerdə qorumalıyıq: “Bizim başqa bir yolumuz yoxdur. Ya Rusiya Ermənistandan çıxmalıdır, biz Ermənistanla tərəf müqabil olmalıyıq, ya da Rusiya Ermənistanı öz dalına alıbsa, biz də Türkiyəni öz yanımıza alıb, hərbi cəhətdən öz təhlükəsizliyimizi təmin etməliyik”.

Qeyd edək ki, son zamanlar Ermənistanın hökumət rəhbərləri Qarabağın Ermənistana məxsus olduğunu dəfələrlə vurğulayıblar və bu da danışıqların nəticəsiz qalması deməkdir. Ekspertlər hesab edir ki, Azərbaycan üçün hərbi əməliyyatlara başlamaqdan savayı çıxış yolu qalmayıb. 

Bəs, xalq necə düşünür? Azərbaycan Dağlıq Qarabağı azad etmək üçün hərbi əməliyyatlara başlamalıdırmı? Belə olan halda, qardaş Türkiyə ordusu Azərbaycana köməyə gəlsinmi?

Musavat.com olaraq bu suallarla paytaxt sakinləri arasında sorğu keçirdik. Respondentlərin cavablarını təqdim etdiyimiz videodan izləyə bilərsiniz? 

Nərgiz LİFTİYEVA,
Elçin ƏKBƏROV,
Musavat.com