“Qarabağ” - "Şerif" matçının biletləri SATIŞDA

Baxış sayı:
2455

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ” - “Şerif” matçının biletləri satışa çıxarılıb.
Muxalifet.az xəbər verir ki, biletləri yalnız aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə etmək olar. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.
Biletlərin qiymətləri sektorlara uyğun olaraq 1, 2, 3, 5 və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdır.
Qeyd edək ki, “Qarabağ” - "Şerif" matçı avqustun 30-u saat 21:00-da start götürəcək. İlk oyun isə sabah Moldovada keçiriləcək.

Şatış məntəqələri:
1. "Qarabağ" FK Fan-şop (Park Bulvar)
2. Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında
3. "28 Mall"
4. iTicket.az (onlayn)