​"Qarabağ" ilin ən YAXŞILARI SIRASINDA

Baxış sayı:
5140

Bu gün Türkiyənin məhşur media orqanlarından biri “Milliyet” qəzetinin “İlin idman mükafatları-2017” tədbiri baş tutacaq.
Publika.az xəbər verir ki, tədbirdə ölkəmizi “Qarabağ” futbol klubu təmsil edəcək.
“İlin komandası” mükafatına namizədlərdən biri olan komandamızın vitse-prezidenti Tahir Gözəl, klubun direktoru Əmrah Çəlikəl və baş məşqçi Qurban Qurbanov qaliblərin müyyən olunması mərasimində iştirak edəcək.
Mükafatlandırma mərasimi Bakı vaxtı ilə saat 20:30-da başlayacaq və “CBC Sport” telekanalı ilə canlı yayımlanacaq.