Qadın voleybolçularımız Polşanı da məğlub etdi
24-09-2017 20:32
Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında növbəti qələbəsini qazanıb.
A qrupunda yer alan Faiq Qarayevin yetirmələri bu dəfə Polşaya heç bir şans verməyib - 3:0.
Milli Gimnastika Arenasında təşkil olunmuş qarşılaşmanın ilk setində meydan sahibləri elə də çətinlik çəkmədən üstün olublar. Növbəti setlərdə isə rəqib ciddi müqavimət göstərib. Lakin Azərbaycan millisi üstünlüyünü əldən verməyib.
Beləliklə, Macarıstanın ardından Polşanı da yenən Faiq Qarayevin komandası 6 xalla qrup liderinə çevrilib.
18:00. Azərbaycan - Polşa 3:0 (25:14, 25:21, 25:23)