Qadın, oğlu və qardaşı oğlu göldə boğuldu - Dəhşətli faciə
10-07-2018 21:19
Baxış sayı:
6259

Masallı rayonunda üç nəfər göldə boğularaq ölüb.
Muxalifet.az-ın verdiyi xəbərə görə, hadisə rayonun Miyənkü kəndi ərazisində baş verib.
Onlar 1981-ci il təvəllüdlü Kərimova Vüsalə Sabir qızı, onun oğlu, 2007-ci il təvəllüdlü Kərimov Elmar İlqar oğlu və qardaşı oğlu, 2009-cu il təvəllüdlü Zamanov Hüseyn Şəmkir oğludur. Boğulan şəxslərin hər üçü Miyənkü kənd sakinləridir. Meyitlər sudan çıxarılaraq ailə üzvlərinə təhvil verilib.
Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçiriblər. Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.