Qaçan prokuror üzə çıxdı
15-10-2015 14:35

Keçmiş prokuror Zəkəriyə Öz Türkiyədən xaricə qaçdıqdan sonra ilk fotoşəkilini paylaşıb.
Qaçan prokuror İnstagram-da ortaya çıxıb. Keçmiş prokuror İnstagram hesabında paylaşdığı şəkildə qiyməti təxminən 7 milyon lirə olan “Bugatti Veyron” markalı bir avtomobil qarşısında dayanıb.
Türkiyədə haqqında həbs qərarı çıxarılan “Ərgənəkon” işinin tanınmış prokuroru Zəkəriyyə Özün ölkədən Almaniyaya qaçdığı iddia edilirdi.
Onun haqqında çıxarılan həbs qərarından 12 saat öncə əvvəlcə Gürcüstana, oradan Ermənistana, daha sonra Almaniyaya keçdiyi bildirilirdi. (Modern.az)