Putinlə görüşmək istəyən macərapərəst ərəb səyyah 7 ay at belində qaldı - FOTO

Baxış sayı:
240

At üstündə yeddi aydır yol gedən ərəb səyyah Rostova çatıb: Məqsəd Putinlə görüşməkdir.

Suriyalı səyahətçi Adnan Azzam Rostova çatıb. 

RİA Novosti xəbər verir ki, yeddi aydır ölkəsindən atla yola çıxan və hədəfi Moskvaya getmək olan Azzamın məqsədi Vladimir Putinə cins ərəb atı hədiyyə etməkdir. 

Səyahətə Dəməşqin mərkəzindəki Omeyadov meydanından başlayan və aylardır yoluna davam edən Azzam İraq, İran və Azərbaycanda olub.  

Onun əsas hədəfi yanvarın 15-də Moskvaya çatmaqdır.  

Ərəb səyyah qeyd edib ki, onlarda kiməsə at hədiyyə etmək ən dəyərli mükafat verməkdir. Onun da məqsədi Putinin timsalında Suriya müharibəsindəki dəstəyə görə Rusiya xalqına təşəkkür etməkdir. 

Azzam səyahəti başa çatdıqdan sonra Suriyaya qayıdıb yol boyunca çəkilişləri gedən sənədli filminin montajını eləməyi düşünür. 

Maraqlıdır ki, bu, Adnan Azzamın ilk belə səyahəti deyil. 30 il bundan qabaq o, atla Suriyadan ABŞ-a getmiş, o vaxtkı prezident Ronald Reyqanla görüşmüşdü. (oxu.az)