“AĞ SƏHİFƏLƏR” İRƏVANI QARIŞDIRDI... – Sabiq nazir maraqlı faktları açıqladı

Baxış sayı:
218

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanda təhsil sistemində aparılan son dəyişikliklərə və erməni tarixşünaslığının uydurma tezislərinə toxunaraq maraqlı şərh paylaşıb.

Muxalifet.az xəbər verir ki, diplomat Azərbaycanda akkreditə olunmuş xarici diplomatlara göstərilən, birinci səhifəsindən başqa bütün səhifələri ağ kağızdan ibarət olan uydurma “qədim erməni kitabları” barədə paylaşımının böyük rezonans doğurduğunu bildirib. T.Zülfüqarov qeyd edib ki, bu fakt hətta qonşu ölkədə də ciddi maraq və müzakirə obyektinə çevrilib.

Sabiq nazir erməni tərəfinin bu acınacaqlı vəziyyətinə diqqət çəkərək vurğulayıb ki, Sovet dönəmindən keçən ilə qədər Ermənistan məktəblərində "Ermənistan tarixi" adlı fənn ümumiyyətlə tədris olunmayıb:"Cavab çox sadədir - Sovet dövründən keçən ilə qədər Ermənistan məktəblərində 'Ermənistan tarixi' adlı fənn öyrədilmirdi. Bunun səbəbi isə ermənilərin əsrlər boyu müstəqil dövlətçiliyinin olmaması və 'tarixi Ermənistan' xülyalarının coğrafi sərhədlərə sığmaması idi".

Tofiq Zülfüqarov məsələnin mahiyyətini açmaq üçün Süni İntellektin (Sİ) təhlilinə də müraciət edib. Sİ-nin təhlilində qeyd olunur ki, Sovet Ermənistanında fənnin "Ermənistan tarixi" deyil, "Erməni xalqının tarixi" adlandırılması təsadüfi olmayıb. Bu addımın arxasında duran əsas səbəblər aşağıdakılardır:

-Müstəqil dövlətçiliyin olmaması: Əsrlər boyu ermənilər vahid suveren dövlətə malik olmayıb, müxtəlif imperiyaların (Roma, Fars, Osmanlı, Rusiya) təbəəliyində yaşayıblar. "Erməni xalqının tarixi" ifadəsi dövlətdən asılı olmayaraq, yalnız etnosun mövcudluğunu göstərmək üçün seçilmişdi.

-Coğrafi iddialar və sərhədsizlik: Çünki uydurulan "tarixi Ermənistan" coğrafiyası ilə indiki Ermənistan Respublikasının ərazisi üst-üstə düşmürdü. Fənnin bu cür adlandırılması diaspora və başqa dövlətlərin ərazisindəki etnik prosesləri əhatə etmək məqsədi daşıyırdı.

Diplomat həmçinin Nikol Paşinyanın təhsil islahatları çərçivəsində verdiyi etirafa diqqət çəkib. Qeyd edək ki, Ermənistan hökuməti yalnız 2024-cü ildə fənnin adını dəyişərək "Ermənistan tarixi" etmək qərarına gəlib.

Paşinyan bu fərqi belə izah etmişdi: " 'Ermənistan tarixi' - dövlətin olmaması dövrləri ilə birgə dövlətçilik tarixidir, 'Erməni xalqının tarixi' isə dövlətin olduğu dövrlərlə birgə xalqın tarixidir."

Tofiq Zülfüqarovun bu paylaşımı bir daha sübut edir ki, erməni tarixşünaslığı uzun illər dövlətçilik konyukturasından kənar, uydurma və ağ səhifələrdən ibarət mifologiya üzərində qurulub.