Tramp sülhə hazırdır, amma - “SEPAH nəzarətdən çıxıb”

Baxış sayı:
103

ABŞ Prezidenti Donald Tramp rəsmi Tehran atəşkəsə razılaşacağı təqdirdə İranla sülh danışıqlarına şans verməyə hazırdır. 

Bu barədə "The New York Post" qəzeti adı çəkilməyən ABŞ rəsmisinə istinadla məlumat verib.

Mənbə bildirib ki, "İstənilən danışıqlar atəşkəslə başlayır və atəşkəs İrandan başlamalıdır".

Onun sözlərinə görə, İran Prezidenti Məsud Pezeşkian və İranın Xarici İşlər naziri Abbas Əraqçi münaqişənin diplomatik həllinə açıqdırlar, lakin İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "nəzarətdən çıxır" və hücumlara davam etdirir.

"İran rəhbərliyi öz evində işlərini qaydaya salmalıdır. Prezident Tramp mümkün qədər tez bir zamanda razılaşma istədiyini açıq şəkildə bildirib. Lakin iranlılar Fars körfəzindəki ABŞ gəmilərinə, bazalarına və müttəfiqlərinə hücum etməyə davam edəcəklərsə, bunun üçün bədəl ödəniləcək", - deyə Amerika rəsmisi fikrini yekunlaşdırıb.

Qeyd edək ki, 27 iyulda İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehran və Vaşinqtonun vasitəçilərin köməyilə danışıqlara davam etdiyini bildirib. Növbəti gün İran Xarici İşlər Nazirliyi elan etdi ki, Amerikanın tələblərinin həddindən artıq yüksək olduğu üçün İran ABŞ-nin danışıqlar təklifini rədd edib./azpolitika