Rusiyanın iki neft zavodu yanır – VİDEO
8-08-2026 10:49
Baxış sayı:
348

Ukrayna ötən gecə Rusiyanın iki neft emalı zavoduna hücum edib.
Muxalifet.az xəbər verir ki, PUA hücumu nəticəsində İlski və Sızran neft emalı zavodlarında baş verən yanğınlarla bağlı sosial mediada məlumat və görüntülər yayımlanıb.
İlkin məlumatlara görə, İlski neft emalı zavodunda PUA düşdükdən sonra yanğın baş verib və beş nəfər xəsarət alıb. Sızran neft emalı zavodunda hücumdan sonra qatı qara tüstü müşahidə olunub.
Samara vilayətinin hakimiyyət orqanları bölgənin sənaye obyektlərindən birinə dron hücumu olduğunu təsdiqləyib. Təcili yardım xidmətləri hücumların nəticələri ilə məşğul olur və zərərin miqyası müəyyən edilir.








































