Kredit sektorunda risklərə nəzarət gücləndirilir – Mərkəzi Bankdan YENİLİK

Baxış sayı:
76

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) problemli kreditləri ilə əlaqədar yeni qaydaların hazırlanması üzərində işləyir.

Bunu AMB-nin Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Xəyyam İsmayılov deyib.

Onun sözlərinə görə, planlaşdırılan dəyişikliklərdən biri də təşkilatlarda mövcud risklərin minimuma endirilməsinə və maliyyə sabitliyinin qorunmasına yönəlib:

"Çünki burada borclanma prosesinə nəzarətin gücləndirilməsi, onun bir istiqamətində isə problemli kreditlərlə bağlı müvafiq normativ qaydaların işlənib hazırlanması nəzərdə tutulur. Bu sahədə lazımi araşdırmalarımızı aparır və təşkilatlarda fəaliyyətimizi davam etdiririk. Hər hansı mənfi hallar müəyyən edilibsə və qanunvericiliyin tələbləri baxımından onları aşkarlaya bilmişiksə, onların aradan qaldırılması istiqamətində müvafiq işlər həyata keçirilir. Yəni bu sahədə lazımi tədbirlər görürük. Məsələn, etibarlı məlumatların vaxtında təqdim edilməməsi ilə bağlı gecikmələr baş veribsə, bu məsələ ilə əlaqədar da müvafiq addımlar atılıb".