Putinin qarşısına qırmızı corabla çıxdı: Lağ obyekti oldu

Baxış sayı:
2761

İngilis qəzeti “Financial Times”-ın Moskvadakı bürosunun rəhbəri Henry Foy Rus lider Vladimir Putin ilə etdiyi reportaja qırmızı corabla getməsi sosial media istifadəçilərinin diqqətindən qaçmayıb.
 
Rusiyanın lideri Putin “Financial Times”-ın Moskvadakı bürosunun rəhbəri Henry Foy və jurnalist Lionel Barberin Türkiyədən ABŞ-a, Avropa Birliyindən (AB) Suriyaya, İngiltərə ilə yaşanan "Skripal böhranından" İrana qədər bir çox mövzudakı suallarına cavab vermişdi.
 
QIRMIZI CORABLARI HADİSƏ OLDU
 
“Financial Times”-ın 90 dəqiqəlik görüntülü uzun versiyasını yayımlayandan sonra ortaya çıxan bir fotoşəkil hər kəsin diqqətini cəlb edib. O görüntüdə qəzetin Moskva büro şefi Henry Foyun Putinin qarşısına qırmızı corab geyərək çıxması sosial media istifadəçiləri tərəfindən lağ obyektinə çevrilib və çox paylaşılan mövzu olub.
Müxalifət.az