​Putindən ABŞ-a: Azərbaycanlını sizə verməyəcəyik...

Baxış sayı:
3085

2016-cı il seçkilərinə müdaxilədə günahlandırılan Rusiya vətəndaşlarını ABŞ-a təhvil vermək niyyətində deyil.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
“Heç vaxt. Rusiya heç bir zaman öz vətəndaşlarını əcnəbi ölkəyə ekstradisiya etməyib. O cümlədən, ABŞ-a da edən deyil”, - Kreml rəhbəri bildirib.
Dövlət başçısı onu da əlavə edib ki, seçkilərə müdaxilə ilə bağlı Rusiyanın günahlandırılması anlaşılan deyil:
“Onların ümumiyyətlə nə etdiyini mən təsəvvür edə bilmirəm. Amerikalı nümayəndələr mətbuata danışmaq əvəzinə bizə faktlar göndərsələr daha yaxşı olar. Biz bunu nəzərdən keçirməyə və müzakirə etməyə hazırıq”.
Qeyd edək ki, bundan öncə ABŞ-ın xüsusi prokuroru Robert Müller 13 Rusiya vətəndaşını və 3 rus şirkətini ABŞ-dakı seçkilərə müdaxilə ittihamı ilə Vaşinqtonun qara siyahısına salıb.
Həmin rusiyalılar arasında əslən azərbaycanlı olan Ceyhun Nəsimi oğlu Aslanovun da adı çəkilir.
İttihama görə, həmyerlimiz “Trol Fabriki” şəbəkəsinə rəhbərlik edib.