Putin və Bayden razılığa gəldi - SƏFİRLƏR GERİ QAYIDIR
16-06-2021 23:03
Baxış sayı:
881

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Co Bayden ilə görüş zamanı iki ölkənin səfirlərinin iş yerlərinə qayıtması barədə razılığa gəldiklərini söyləyib. Bu barədə “TASS” xəbər verir.
“Səfirlərin iş yerlərinə qayıtmasına gəlincə, bu məsələnin həll olunması barədə razılaşdıq”, - Rusiya dövlət başçısı bildirib.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə bildirib ki, səfir Anatoli Antonov ABŞ-a bu ayın sonu (iyun - red.) gedəcək.