​Putin uşaq qatilləri ilə müttəfiqdir – PREZİDENT SƏRT DANIŞDI

Baxış sayı:
8275

Hamı bu müttəfiqlərin kim olması haqqında danışır. Rusiyanın müttəfiqi kimdir?
Muxalifət.az xəbər verir ki, bunu Gürcüstan prezidenti Georgi Marqvelaşvili deyib.
Prezident Rusiyanın uşaqları qətlə yetirən qaniçən rejimlərlə müttəfiq olduğunu bildirib:
“Bu gün Rusiyanın müttəfiqi uşaqları kimyəvi silahlarla qətlə yetirməklə tanınan Bəşər Əsəddir”.
Qeyd edək ki, mayın 29-da Suriya Prezidenti Bəşər Əsəd Gürücstanın Abxaziya və Cənubi Osetiya bölgələrindəki separatçı rejimləri müstəqil dövlətlər kimi tanıdığını açıqlayıb. Buna cavab olaraq, rəsmi Tiflis Suriya ilə diplomatik əlaqələri kəsəcəyini bəyan edib./teleqraf/