​Putin Ər-Riyada nə vaxt gedir? - Tarixi açıqladı

Baxış sayı:
4234

Rusiya Prezidenti Vladimir Putin cari ilin payızında Ər-Riyada səfər edəcək.
Muxalifet.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanla görüşü zamanı Putinin özü deyib.
O, ikitərəfli münasibətlərdə yaranan problemləri sakit şəraitdə müzakirədən məmnun olduğunu bildirib.
Putin G20-yə sədrliyin Səudiyyə Ərəbistanına keçməsinin bir sıra mühüm məsələlərin həllinə yardım edəcəyinə ümid etdiyini deyib.