PUTİN, QANLI ƏLLƏRİNİ SURİYADAN ÇƏK! - Qərbdən Rusiyaya sərt tələb

Baxış sayı:
5101

Suriyanın diktatoru Bəşər Əsəd, eləcə də rus və iran müttəfiqləri üsyançıların ələ keçirdikləri ərazilərə nəzarəti bərpa etmək üçün illərdir sistematik qanlı strategiya həyata keçirirlər.
Suriya rejimi insanları sıxışdırmaq, habelə xəstəxanalar, məktəblər və bazarları bombalamaq üçün amansız hücum əməliyyatları keçirir. Dəməşq müəyyən bir ərazini ələ keçirdikdən sonra beynəlxalq təzyiqlərə cavab verir və atəşkəsə razılıq verir. Sonra bir neçə həftə və ya aydan sonra yenidən bu prosesi təkrarlayır.
Keçən həftə şimali İdlib əyalətində Suriya və Rusiya qüvvələri yeni bir hücum başlatdı və humanitar yardım təşkilatlarının məlumatlarına görə mülki şəxslər yenidən hədəf alındı. Nəticədə 100 mindən çox insan Türkiyə sərhədinə getmək məcburiyyətində qaldı. Bu hücum, aprel ayında başlayan vilayətin işğalının davamıdır, nəticədə 500 mindən çox insan avqustda atəşkəs razılaşmasına qədər evlərini tərk etmək məcburiyyətində qaldı. Humanitar yardım təşkilatlarının bildirdiyinə görə, yeni hücum nəticəsində qaçqınların sayı iki qat arta bilər və on minlərlə insan sərt qış havasında evsiz qalacaqlar. Türkiyə çoxdan Suriya ilə sərhədi bağladı, bu da qaçqınların təhlükəsiz bir yerə çatmaq şansının olmadığını göstərir.
İdlib vilayəti uzun müddətdir ki, Türkiyə və Qərb hökumətləri üçün problematik məsələdir. Əhalisi 3 milyona yaxın insan, o cümlədən Suriyanın digər bölgələrindən gələn minlərlə qaçqındır. Şəhəri isə "Əl-Qaidə" və "Hayyat Təhrir əş-Şam" kimi təşkilatların ekstremist şöbələri idarə edir. Ancaq Suriya və Rusiyanın bu vilayətə nəzarəti bərpa etmək taktikası günahsız vətəndaşlara qarşı yönəlib. Suriya İnsan Hüquqlarını Müşahidə təşkilatının məlumatlarına görə, bu ilin aprel ayından bu yana 5 mindən çox adam öldürülüb.
Keçən il Türkiyə ekstremistləri tərksilah edəcəyini və İdlibdə öz hərbi məntəqələrini quracağını vəd etsə də, verdiyi vədləri yerinə yetirə bilmədi. Bu həftə Türkiyə diplomatları yenidən hücumu dayandırmaq tələbi ilə Rusiyaya müraciət etməklə məhdudlaşdılar. Bir zamanlar Rusiya ilə sövdələşən ABŞ vacib müşahidəçi oldu.

“Rusiya, Suriya və İran İdlib əyalətində minlərlə günahsız insanı öldürür və ya öldürməyə hazırlaşır. Bunu etməyin! " Prezident Tramp bu mesajı öz Twitter səhifəsində yerləşdirdi. Əvvəlki hücumlara eyni şəkildə reaksiya verdi - və bununla məhdudlaşdı.
Trampa görə, "Türkiyə bu qanlı qırğını dayandırmaq üçün fəal işləyir",- Prezident Ərdoğanın yaxınlaşan humanitar fəlakəti dayandırmaq üçün çox yaxşı şansı var. Görünür, o bunu etməyə çalışır - Suriya İnsan Hüquqları Müşahidə Təşkilatı, çərşənbə günü çox sayda türk hərbi texnikasının Suriya ilə sərhədi keçdiyini bildirdi. Ən yaxşı halda, türklər bu hücumun qarşısını almaq üçün diplomatiyadan istifadə edərək əllərində olan məntəqələri gücləndirə və ekstremist qüvvələri zərərsizləşdirmək üçün daha çox iş görə bilərdilər.
Eyni zamanda, Suriyadakı yeni iztirab və qətl dalğasının səbəbkarı kim olduğuna aydınlıq gətirilməlidir - bunlar Əsəd rejimi və Rusiya prezidenti Vladimir Putindir.
Bu yaxınlarda Konqres Suriya hökumətinə və bununla əlaqədar olanlara, o cümlədən Rusiyaya qarşı sanksiya tətbiq edən yeni qanunvericiliyi təsdiqlədi. Qanunvericilər qərarlarının ciddi şəkildə yerinə yetirilməsində israr etməlidirlər.
The Wahington Post
Tərcümə etdi: Ülviyyə Şükürova
Muxalifet.az