Putin Merkeli çətin vəziyyətdən xilas etdi - VİDEO
29-06-2019 20:54
Baxış sayı:
5869

G20 sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşən Almaniya kansleri Angela Merkel bu dəfə oturacağı yeri qarışdırması ilə gündəmə gəlib.
Muxalifet.az xəbər verir ki, liderlər görüşdükdən sonra Merkel istiqaməti səhv salıb, Putin isə ona oturacağı yeri göstərib. Lakin Merkel Putinin arxasınca getməyə çalışıb. Çaşqınlıqdan saatına baxan Merkel Putinin 3 xəbərdarlığından sonra yerinə əyləşib.
Qeyd edək ki, bundan əvvəl Merkel rəsmi görüşlər zamanı əsməcə tutması ilə diqqəti cəlb edib. Onun səhhətinin o qədər də qaydasında olmadığı güman edilir.