Putin Kiyevi bu cür ələ keçirmək istəyir - PİONTKOVSKİ

Baxış sayı:
3130

Rusiya futbol üzrə dünya çempionatından sonra Ukraynanın şərqində ciddi hərbi eskalasiya yaratmayacaq.

Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu iddia ilə rusiyalı politoloq Andrey Piontkovski çıxış edib.

“Merkelin Moskvaya səfəri zamanı guya Putini sülhməramlı qüvvələrin bütün Donbas ərazisinə yerləşdirilməsinə razı salmasıyla bağlı səsləndirilən iddialar əbəsdir. Putin kompromisə və güzəştlərə hazır deyil. Əgər buna hazır olsaydı, hərbi ritorikadan istifadə etməzdi. Rusiya situasiyanı indiki şəraitdə saxlayıb, 2019-cu ildəki seçkiyə müdaxilə etməyə hazırlaşır. Hazırda bütün yatırımlar buna edilir”, – deyə o bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynanın DÇ zamanı Donbasa hücum edəcəyi təqdirdə bunun Kiyev üçün ağır nəticələrə səbəb olacağını söyləmişdi.