Professordan çarpıcı iddia: AMERİKA PARÇALANACAQ

Baxış sayı:
8485

Sakarya Universitetinin müəllimi, professor Əbubəkr Sofuoğlu, verdiyi bir müsahibədə maraqlı açıqlamalar verib. Professor Əbubəkr Sofuoğlu, kredit dərəcələrini müəyyənləşdirmə təşkilatlarının Türkiyəyə yönəlik iqtisadi bir əməliyyat keçirdiyini bildirib. Sofuoğlu, “Türkiyə müharibə şəraitində belə, yəni “Fərat Qalxanı” əməliyyatı sürərkən dollar 50 qəpik artmışdı. Müharibə şəraitində 2,95-dən 3,58-ə, Afrində “Zeytun Budağı” əməliyyatı sürərkən 3,79-dan 3,92-yə artmışdı. Son hadisədə 20 qəpik artan dolların bu gün nə müharibə, nə də qeydə dəyər bir şey olmamasına baxmayaraq yüksəldilməsi 15 iyul kimi bir əməliyyatdır. Burada bir ayda bu qədər artımın arxasında fərqli hadisələr axtarmaq lazımdır. Burada seçkini hədəf alan bir hərəkətlilik olduğu çox açıqdır” deyib. AMERİKA PARÇALANACAQ Donald Trampın prezident seçilməsi ilə birlikdə ABŞ-ın təcavüzkar siyasəti ilə Avropa Birliyi içində tək qaldığını deyən professor Sofuoğlu, “Amerika çatlayır. Amerikanın başına Tramp kimisinin gətirilməsi boşuna deyil. Orada qərarları verən evangelist qüvvələr Trampa istədiklərini etdirirlər. Amerika daim təcavüzkar siyasəti ilə özünü Aİ daxilində də yalnızlaşdırmağa başlayıb. İranla nüvə müqaviləsi anlaşılmasındakı mövqeyi məsələn. Amerika parçalanacaq. Amerika dünyanı bir "qiyamət savaşı" na məcbur edir. Və İsrailin hədəfi də budur. Qiyamət müharibəsi çıxmasa, "İsa Məsih" gəlməyəcək. Məsihin gəlməsi üçün qiyamət müharibəsi törətməyə çalışırlar. Amerikanı da Amerika vasitəsi ilə parçalanmaq niyyətindədirlər. Hazırda Çini gücləndirirlər, amma onu da bir neçə on il ərzində parçalayacaqlar. Dünya səthində min dövlətli bir federasiya qurmaq istəyirlər. Mərkəzdə Qüds olan uzunmüddətli plandır bu. Buşun təcavüzkar siyasətinin arxasında da eyni plan vardı” deyə, bildirib. Müxalifət.az