Problemləri nəvələrə buraxmayacağıq - Yıldırım

Baxış sayı:
5953

İstanbulun problemlərini bilirik. Problemləri nəvələrə buraxmayacağıq.
Muxalifet.az xəbər verir ki, bu sözləri AKP-nin İstanbul üzrə bələdiyyə namizədi Binəli Yıldırım bildirib.
İstanbulun dünyanın barmaqla göstərilən şəhərləri arasına daxil olmasının boyunlarının borcu olduğunu deyən Yıldırım 16 il ərzində Prezident Rəcəb Tayyib Ərdoğanla yolları böldüklərini, ancaq Türkiyənin parçalanmasına icazə verməyəcəklərini bildirib:
"İnsanlarımızın hər cür rahatlığı əldə etməsi üçün var qüvvəmizlə çalışdıq. İndi isə bu mübarək şəhərə borcumu ödəməyə gəlirəm".