Prezidentin yüksək vəzifə verdiyi Fərid Şəfiyev kimdir? - DOSYE
19-02-2019 15:06
Baxış sayı:
18589
Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Fərid Rauf oğlu Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, F.Şəfiyev 2014-cü ilədək Azərbaycan Respublikasının Kanadada fövqəladə və səlahiyyətli səfiri və Beynəlxalq Mülki Aviasiya Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrində çalışıb. O daha sonra Azərbaycanın Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri təyin edilənədək həmin postu tutub.
Qeyd edək ki, F.Şəfiyev Şuşa rayonundan olan məşhur Şəfiyevlər nəslinin üzvüdür.