​Prezident seçkilərinə doğru: Ərdoğan nə qədər səs toplayacaq?

Baxış sayı:
1384

İyunun 24-də Türkiyədə keçiriləcək prezident seçkiləri ilə bağlı növbəti sorğu keçirilib.
Muxalifet.az xəbər verir ki, REMRES-in apardığı sorğuya əsasən, Ərdoğan gözlənilmədən aşağı səs toplayıb.
Sorğu 28 may-3 iyun tarixləri arasında aparılıb və 4 min 482 nəfər sorğuda iştirak edib. Sorğunun nəticələri belədir: AKP - 33,5 faiz, CHP- 19,7 faiz, İYİ - 12,7 faiz, HDP - 8,7 faiz, MHP - 4,3 faiz, Səadət Partiyası - 3,5 faiz, digər partiyalar - 1,3 faiz. 8,2 faiz vətəndaş bitərəf qalıb.