Prezident Naftalan və Goranboya 6 milyon manat ayırdı

Baxış sayı:
3819

Prezident İlham Əliyev Naftalan şəhərində yeni körpələr evi-uşaq bağçası binasının tikintisi ilə bağlı sərəncam imzalayıb.
 
Muxalifət.az xəbər verir ki, sərəncama əsasən Naftalan şəhərində yeni 200 yerlik körpələr evi-uşaq bağçası binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentinin ehtiyat fondundan Naftalan Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.
 
Dövlət başçısı digər bir sərəncamı ilə Goranboy şəhərində qəzalı vəziyyətdə olan çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 40 mənzilli yaşayış binasının tikintisi üçün Goranboy Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.