Prezident etirazçılara təşəkkür etdi – TİFLİSDƏ SON DURUM
14-05-2018 14:13
Baxış sayı:
6436

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili polis və hüquq-mühafizə orqanlarına təşəkkür edib.
Dövlət başçısı polisin Tiflisdə keçirilən etiraz aksiyalarında ağır işin öhdəsindən lazımi qaydada gəldiyini bildirib:
“Ölkədə atmosferi gərginləşdirmədiyi üçün polislərə təşəkkürümü bildirirəm. Onlar narazılığı çərçivədən çıxarmamaqla öz missiyalarını normal qaydada həyata keçirdilər. Hər iki tərəf loyal davrandı, təşəkkürlər…”
Xatırladaq ki, mayın 12-də Tiflisdə hökumətin narkotiklərlə mübarizə siyasətinə qarşı etirazlar keçirilib. Ayın 13-də davam edən nümayişlər hökumətlə razılaşmadan sonra bir həftəlik dayandırılıb.
Hökumət qarşıdakı bir həftə ərzində irəli sürülən tələbləri yerinə yertirəcəyi vədi verib./Teleqraf/