Portuqaliya-Ispaniya matçı: RONALDO 3 QOL VURDU

Baxış sayı:
3709

2018 Dünya Kubokunda İspaniya ilə Portuqaliya qarşılaşıb., Nəfəs kəsən oyun 3-3 heç-heçə başa çatarkən, Kristiano Ronaldo da, 3 qol vuraraq tarixə keçdi.
 
2018 Dünya Kubokunda İspaniya və Portuqaliya, Soçi şəhərində qarşılaşıb. Dünya Kubokunun başlanmasına bir gün qalmış komandanı Hierroya əmanət edən İspaniya, son 3 dəqiqəyə qədər irəlidə olsa da, Kristiano Ronaldonun qarşısında duruş gətirə bilməyib və qarşılaşma 3-3 hesabı ilə heç-heçə başa çatıb.
Qol duelinə səhnə olan matçda Portuqaliyanın qollarını 4, 44 və 88-ci dəqiqələrdə Kristiano Ronaldo vurub.
İspaniyanın qollarını isə 24, 55-ci dəqiqələrdə Dieqo Kosta və 58-ci dəqiqədə Naço vurub.
 
RONALDO TARİXƏ KEÇDİ!
 
İspaniya qarşısında "het-trick" edən Portuqaliya Milli Komandasının ulduzu Kristiano Ronaldo, üst-üstə dördüncü Dünya Kuboku nda qol vuran 4-cü futbolçu kimi tarixə keçib.
2006, 2010 və 2014-dən sonra Rusiyada da azarkeşləri coşduran Portuqaliyalı futbolçu, Alman Miroslav Klose, və Uwe Seeler ilə Braziliyalı Pelenin rekorduna ortaq oldu.
33 yaşlı Ronaldo, 2004-dən etibarən Avropa Çempionatı və Dünya Kubokunda üst-üstə 8 turnirdə qol vurmağı bacarıb.
Ronaldo, klub və milli komanda karyerasındakı "het-trick" sayını 51-ə çatdırıb. Ulduz futbolçu, 33 yaşında Dünya Kuboku tarixində "het-trick" edən ən yaşlı futbolçu olub.
Dünya Kuboku B Qrupuna İspaniya və Portuqaliya 1 xal ilə başlayarkən ilk qarşılaşmalardan sonra İran, qrupu 3 xal ilə zirvədə tamamlayıb.
Müxalifət.az