​Poroşenko Əliyevlə Türkiyədə niyə görüşdü? – Mühüm səbəb

Baxış sayı:
5485

Əskişəhərdə üçlü ittifaqın konturları cızıldı.
Muxalifet.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Əskişəhərdə ukraynalı həmkarı Poroşenko ilə görüşüb:
"Belə bir görüşün planlaşdırıldığını Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko həftələr öncə mənə söyləmişdi. Poroşenkonun TANAP açılışı münasibətilə Türkiyəyə gedib ikitərəfli görüşlər keçirməsinin bir neçə səbəbi var. İlk növbədə Ukrayna TANAP layihəsinə maraq göstərir, Azərbaycan qazından yararlanmaq istəyir. Məsələn Ukrayna artıq Rusiyadan birbaşa qaz almır, Avropa üzərindən alır. Azərbaycan qazını da Avropa üzərindən almaq istəyir".
Politoloq vurğulayıb ki, digər tərəfdən, Ukrayna prezidenti Türkiyədə Ərdoğan və Əliyevlə görüşməklə üçlü – Türkiyə-Ukrayna-Azərbaycan ittifaqının yaradılmasına maraq göstərdiyini ortaya qoyur:
"Bu ideya son bir ildə geniş müzakirəyə səbəb olub. Bu ittifaqın təsisində Azərbaycan da maraqlıdır. Bu Azərbaycanın balanslaşdırılmış xarici siyasətinə də uyğudur. Moskvada elə bilməsinlər ki, Azərbaycan hər məsələdə şimala boylanmalıdır".
Qeyd edək ki, bu gün Türkiyənin Əskişəhər şəhərində Trans-Anadolu Boru Qaz Kəmərinin (TANAP) açılışı mərasimi keçirilib.