Pompeolu Trampın DÖRD TÜRKİYƏ SEÇİMİ

“Sabah” qəzetinin müəllifi Bərcan Tutar bugünkü yazısında "ABŞ -dakı dəyişiklik Türkiyə ilə münasibətlərə təsir göstərə bilərmi” sualına cavab axtarıb. "Tillersonın yerinə Pompeonu gətirən Trampın masasında xüsusilə FETÖ və YPG/PKK məsələsində Türkiyəyə dair dörd variant önə çıxır" deyə yazan Bərcan Tutar, yazısını bu vurğu ilə tamamlayır: "ABŞ-ın yeni dövrdə Türkiyəyə qarşı olan cəbhədə yer almaqdan çəkinən, daha diqqətli və məsuliyyətli bir siyasət yürütməkdən başqa başqa variantı yoxdur".
Məsuliyyətli rəqabət strategiyası hər şeydən əvvəl ABŞ-ın Türkiyənin yeni mövqeyini və bir regional güc olaraq milli maraqlarını müstəqil şəkildə müdafiəsini qəbul etməsi anlamına gəlir.
Həmçinin, bu variant sayəsində Amerika rəhbərliyi Türkiyə kimi həyati əhəmiyyət bir aktyoru tamamilə Rusiya, Çin və İrana yönəlməsinin qarşısını alacaqdır.
Onsuz da bir şəkildə Türkiyə ilə əlaqələrini qoruma siyasəti yürüdən Tramp rəhbərliyinin, yalnız Rusiya və İrana deyil, İngiltərə, Fransa və Almaniyaya qarşı da Türkiyəni bir güc olaraq gördüyünü unutmayaq.
Ancaq hər şeyin fərqində olan Türkiyə, “Qərb ilə Qərb sonrası Qərb” arasındakı mücadilənin ona təqdim etdiyi fürsətləri sonuna qədər istifadə edən bir siyasət izləyir.
Bu səbəblə, ABŞ-ın yeni dövrdə Türkiyəyə qarşı cəbhədə yer almaqdan çəkinən, daha diqqətli və məsuliyyətli bir siyasət yürütməkdən başqa variantı yoxdur.
Digər bütün variantlar ABŞ ilə əlaqələrin tamamilə itirilməsi anlamına gəlir.
Əminik ki, belə bir nəticə, “Woody Allenin” yumordan məhrum şəklinə bənzədilən Mayk Pompeo üçün də Tillersondan daha betər bir faciə anlamına gələcəkdir.
Müxalifət.az