Pompeo istefaya gedir

Baxış sayı:
6316

ABŞ dövlət katibi Mayk Pompeo tezliklə istefa verə bilər. Bu barədə Respublika Partiyasındakı mənbələrə istinadən "Time" jurnalı məlumat verib. Bildirilir ki, Pompeo 2020-ci ildə Kanzas ştatından Senata namizəd olmaq üçün vəzifəsini tərk etməyi planlaşdırdığı iddia edilir. Nəşrdən Dövlət Departamentinin rəhbərinin gələn ilin yazında istefa vermək niyyətində olduğunu söylədilər, lakin ABŞ prezidenti Donald Trampın impiçmenti çərçivəsində aparılan istintaq bunun üçün müəyyən çətinliklər yaradır. Xarici siyasət idarəsinin rəhbərinin mümkün qədər sakitcə getmək istədiyi vurğulanır. Eyni zamanda, dövlət katibinə yaxın işçilər onun belə planlarının olduğunu inkar edirlər. Muxalifet.az