​Polşada partlayış: 3 ölü, 24 yaralı - Foto

Baxış sayı:
1471

Polşanın Poznan şəhərində 4 mərtəbəli yaşayış binasında qaz sızmasından dolayı baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 24-ü isə yaralanıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Polşa Dövlət Yanğınsöndürmə Xidməti məlumat yayıb.
Hadisədən sonra bina uçub.
Yaralılardan 3-nün vəziyyəti olduqca ağırdır. Onların arasında azyaşlı da var.
Bildirilib ki, hadisə yerində hazırda axtarış-xilasetmə tədbirləri aparılır.
Dağıntılar altında insanların qaldığı güman edilir.