Polis şöbəsində intihar - Dindirilən şəxs özünü aşağı atdı
8-03-2018 18:39
Baxış sayı:
5269
Tovuz rayon Polis Şöbəsində dindirilən şəxs özünü pəncərədən yerə atıb.
Tovuz rayon sakini 1970-ci il təvəllüdlü Şükürov Tofiq Feyruz oğlu Polis Şöbəsində dindirilən zaman 3-cü mərtəbədən özünü aşağı atıb.
Ağır bədən xəsarətləri alan T. Şükürov xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.