“Pəncə” əməliyyatı ilə Kandil bitəcək” – Ərdoğan açıqladı

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan qəzet və televiziya kanallarının yayım rəhbərləri, bəzi yazar və alimlərlə bir araya gəlib.
Görüşdə, Ərdoğan Şimali İraqda PKK terroruna qarşı keçirilən “Pəncə” Hərəkatına da münasibət bildirib:
"Pəncə və Pəncə-2 Hərəkatları bu anda müvəffəqiyyətlə davam edir. Bu Prosesin sonunda artıq Kandil deyə bir təhdid qaynağı qalmayacağına da inanıram. Kandilə alternativ Sincarı inşa etməyə çalışdılar. Ora da təmizləndi. Beləcə, Fəratın şərqində yaratmağa çalışdıqları terror koridorunun ucunu da bağlamış olacağıq".
Ərdoğan qiymətli yazarların, bu nöqtədə qiymətli sözü olanların qəzetdəki köşələrində və ya televiziyalar kanalıyla xalqı bilgiləndirmə məsələsində verəcəyi dəstəyin xalqın dövlətinə olan etibarını daha da artıracağını söyləyib: "Zaman-zaman şəhidlərimiz də olur, amma belə bir cəngə çıxdığınız zaman şəhid verməmək mümkün deyil. Xahişim odur ki, dik dayanaq, dikləşməyək".
Müxalifət.az