Planetdəki bütün canlılar məhv olacaq – DƏHŞƏTLİ XƏBƏRDARLIQ
15-05-2018 12:09
Baxış sayı:
3538

“ABŞ və Rusiya arasında gərgin münasibətlərə baxmayaraq, Üçüncü Dünya müharibəsi, ehtimal ki, olmayacaq”.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bunu Tibet buddistlərinin lideri Dalay Lama bildirib.
Ancaq o, xəbərdarlıq edib ki, nüvə müharibəsi olarsa, planetdəki bütün canlılar məhv olacaq.
“Rusiya Qərbə və Amerikaya ehtiyac duyur, Rusiyaya onların texnologiyaları lazımdır. Qərbin Rusiyaya ehtiyacı var, çünki o, böyük təbii sərvətlərə sahibdir. Bütün bəşəriyyət üçün son dərəcə lazımdır ki, şərq və qərbin ölkələri bir-birinə qarşılıqlı hörmətlə yaşasın”, - Dalay Lama əlavə edib.