PKK, Qəndil ətrafındakı 7 DÜŞƏRGƏNİ BOŞALTMAĞA BAŞLADI

Türk Silahlı Qüvvələri (TSQ), Qəndilə qarşı əməliyyatın birinci mərhələsini başa çatdırıb. İkinci və üçüncü mərhələ üçün bölgəyə hərbi və lojistik güc toplamağa başlayıb. Dünən etibarilə bölgədə qurulan "dərin" bazalardan artilleriya atəşlərinə da başlanıb. Daha təsirli topçu atışları nəticəsində terror təşkilatı PKK-nın Kanireş, Hakurk, Gocan, Dergala və Çoman bölgələrinə yaxın 7 ərazilərdəki düşərgələrini boşaltdıqları qeyd edilib.
Bölgədə 35 kilometr dərinlikdə nəzarəti təmin edən TSQ-nin bu sahələrdə yerləşməni davam etdirəcəyi bildirilib. 15 kilometrlik təhlükəsizlik yolunun başa çatdığı, yeni bazalar üçün ağır texnikaların gəldiyi bildirilib. Xüsusi Qüvvələr Komandanlığından da dəstək göndəriləcəyi qeyd olunub.
PKK-nın Qəndildəki gücünü Kocar və Serteki Bamo dağlarına köçürməyə hazırlaşdığı, 2300 terrorçunun bir qisminin Ranya-Süleymaniyə və Kərkük üzərindən Mahmura göndəriləcəyi də irəli sürülüb.
PKK-nın əlində tutduğu mühüm girov əsirləri isə dünən etibarilə Serteki Bamo dağına apardığı qeyd olunub. Digər tərəfdən, yerli mənbələr,Ramazan ayının əvvəlindən bu yana Qəndilə 6 dəfə xarici diplomatik nömrəli avtomobillərin gəlib, getdiyini xəbər verib.
Müxalifət.az