PKK QƏNDİLƏ SIXIŞDIRILDI: TERROR YUVASINA ƏMƏLİYYAT HAZIRDIR

İraqın şimalındakı PKK düşərgələrinə yönəlik əməliyyatda kritik nöqtələr terror təşkilatından təmizlənib. Addım-addım irəliləyən Türk əsgəri, artıq Qəndilin qapısına dayanıb. Sərhəd xəttində yerləşən kəndləri bu həftə boşaldacağını açıqlayan İran, Qəndilə qarşı böyük əməliyyata dəstək verəcəyi bildirilir.
Hakkarinin Yüksəkova rayonundakı 3-cü Piyada Diviziya Komandanlığına bağlı 34-cü Sərhəd Briqada Komandanlığı ilə Dağ və Desant Briqada Komandanlığı briqadaları tərəfindən 11 martda İraqın şimalında sərhədin o tayında əməliyyata başlanılıb. Əməliyyatlar çərçivəsində İraqın şimalında PKK-lı terrorçulardan təmizlənən Hakurkda təşkilatın Armuş, Avaşin Basan və Qanı Raşda düşərgə kimi istifadə olunduğu sahələrə Türk əsgəri hərbi bazalar qurub.
İraqın içərisinə doğru 23 kilometrlik ərazini terrorçulardan təmizləyən Türk əsgəri, açdığı və hazırda inşası davam edən yeni yollarla da bu bazaları həm bir-birinə, həm də Türkiyəyə bağlayır.
HEYVANLARLA DAŞIYIR
Çətin coğrafi şəraitiə malik bazalara Türk əsgəri, qida və sursatı daşımaq üçün bəzən vertolyot, bəzən də yük heyvanlarından istifadə edir. Türk əsgərinin bölgədəki varlığı, xalqda da inam və etibar yaradır.
Türkiyə sərhədindən Ərbil xətti boyunca irəliləyən Türk əsgəri, Bermize, Bardos, Kalareş, Sidekamda da nəzarəti təmin edib. Qəndilin qapısı sayılan Barazgir Vadisinə də girilib. Xüsusilə Barazgir Vadisi və Bardos bölgəsi, Qəndil üçün strateji əhəmiyyətə malikdir. Bu bölgələrin nəzarət altına alınması Hakkari, Van, Ağrı, Bitlis, Ərzurum, Ərzincan uzanan kəmərin keçid bazası kimi istifadə edilməsinin qarşısını alacaq. Beləliklə də Sincar və Suriyaya keçid xətti də bağlanacaq.
İraqla olan maddi-texniki bağları kəsilən PKK, buna görə də İrandan dəstək almağa çalışıb. Əməliyyatlar nəticəsində terror düşərgələri bir-bir təmizlənən PKK, İranın da Türkiyənin Qəndilə keçirəcəyi əməliyyata dəstək verəcəyi açıqlamasından sonra Qəndilə sıxışdırılıb. İran, Qəndilin öz sərhədləri içərisində qalan hissəsində bəzi kəndlərin boşaldacağını açıqlayıb. Sərhəd xəttində yerləşən kəndlərin boşaldılmasını bu həftə tamamlayacaq olan İran, operativ dəstək də təmin edəcək.
22 KM MƏSAFƏDƏ
Addım addım Qəndilə yaxınlaşan Türk əsgərinin böyük bir əməliyyat hazırlığında olduğu bildirilir. Qəndilə təxminən 22 km məsafədə olduğu bildirilən Türk Silahlı Qüvvələrinin əməliyyat üçün hazırlıqların Barazgirddə olunduğu və koordinasiya mərkəzinin də məhz bu regionda olacağı qeyd edilir.
Müxalifət.az