PKK-dan yüzlərlə dinc sakinə qarşı VƏHŞƏT

Baxış sayı:
3607

“Zeytun budağı” hərəkatının başlaması ilə ardıcıl məğlubiyyətlər və itkilərə məruz qalan PKK/YPG terror təşkilatı Türkiyə Silahlı Qüvvələrinə (TSQ) qarşı dinc sakinləri qalxan kimi istifadə edir.
Terrorçular TSQ-nin nəzarətinə keçən 82 yaşayış məntəqəsində 211 nəfəri 7-13 yaş arası uşaq olmaqla, 417 dinc sakini qətlə yetirib. Bu fakt kəşfiyyat komandirliyi tərəfindən 25 səhifəlik sənəd halında icimaiyyətə təqdim edilib.
Kilis sərhədində yerləşən 13 kənddən 35 ailə PKK/YPG üzvlərinin 44 azyaşlını silah gücünə qaçırdığını Türkiyə Kəşfiyyat Komandirliyinə telefonla xəbər verib. Kəşfiyyatçılar qaçırılan uşaqların bəzilərini Hələb və Qamışlıda tapıb.
Suriyada terrorçular onlara dəstək olmayan dinc sakinləri öldürür, əli silah tuta bilən uşaqları isə məcburi şəkildə müharibənin içinə atır. Terror təşkilatının qaçıraraq müharibənin mərkəzinə atdığı azyaşlıarın sayı 500-ə çatır./publika/