PKK-dan QUMAR PULU İLƏ “XAOS” PLANI

Baxış sayı:
10618

17-25 dekabr və 15 iyul dövlət çevrilişi cəhdləri Türkiyənin sabitliyini pozmaq istəyən terror təşkilatları və xarici havadarlarının çirkli əməllərindən əl çəkmədikləri, 24 iyun seçki prosesində də səsvermə qutularının açılmağa başlanması ilə yeni bir xaos mühiti yaratmağa çalışdıqları bildirilir.
 
Terroçuların bu dəfəki hərəkət nöqtəsi isə əyləncə və qanunsuz qumar məkanları olacağı qeyd edilir. Xüsusi xidmət orqanları, terror təşkilatı PKK-nın Hollandiyakı qanunsuz qumar təşkilatçılığı ilə əlaqəli şəxslərin bir müddətdir Türkiyənin böyük şəhərlərində şübhəli əlaqələr yaratmağa çalışdığını müəyyən edib.
Araşdırmalara başlayan mütəxəssislər, təşkilatın seçkiləri provokasiya etmək və xaos mühiti yaratmaq məqsədilə maliyyə və kadr tədarük etməyə çalışdığını bildirirlər. Avropa şəhərlərində qanunsuz qumar bazarında əhəmiyyətli paya sahib olduğu bildirilən PKK-nın, bu yolla milyardlarla dollarlıq bir sərvətə sahib olduğu qeyd edilir.
Sözügedən araşdırma çərçivəsində PKK-nın Hollandiyadakı qumarxanaların başı "Əyyub” kod adlı terrorçunun da Türkiyədə olduğu müəyyənləşdirilib. Təhlükəsizlik orqanları həmin şəxsin yaxalanması üçün fəaliyyəti gücləndiriblər.
Müxalifət.az