PKK-da qadın olmağın çətinlikləri: Terrorçu qadının etirafı

Baxış sayı:
3640

Türkiyədə təhlükəsizlik qüvvələrinə təslim olan F.T. adlı terrorçu verdiyi ifadəsində, təşkilatda qadın olmanın çətinliklərini izah edərək üst səviyyə təşkilat mənsublarının tamamilə öz azğın istəkləri istiqamətində cinsi əlaqə yaşadıqlarına bir çox dəfə şahid olduğunu söyləyib.
 
Xüsusilə terrorçubaşların davamlı olaraq təşkilatdakı qadınları rahat buraxmadıqlarını, qadınları və uşaqları hər fürsətdə təcavüz etməyə çalışdıqlarını, mütəmadi porno filmlər izlədiklərini, bu vəziyyətin bütün qadın terrorçuları çox narahat etdiyini və bu səbəblə də təşkilatdan qaçışları getdikcə artdığını ifadə edib.
 
"Pozğunluğa qarşı çıxanlar cəzalandırılır"
 
Qadın terrorçuların qondarma liderlərin cinsi istəklərinə qarşı çıxmaları, ya da onların təklifini qəbul etmədikləri halda ya casus olaraq ittiham olunduqları, ya da bənzər şəkildə ittihamlara məruz qaldıqları və nəticədə cezalandırıldıqlarını qeyd edib.
 
"Əxlaqsız motivasiya"
 
Cinsəlliyin sözdə liderlər üçün bir imtiyaz olduğunu izah edən terrorçu, bu vəziyyətin alt səviyyə kişi terrorçular üçün gizlidən bir motivasiya vasitəsi olaraq istifadə edildiyini, bu gözləntiylə ölüm təhlükəsi olan əməliyyatlara göndərildiklərini söyləyib.
Müxalifət.az