PKK çökür: TERROR YUVASI QƏNDİL DAŞ DÖVRÜNƏ QAYIDIR

Baxış sayı:
3805

Türkiyənin Qəndilə qarşı başlatdığı əməliyyatdan sonra terrorçular küncə sıxışdırılıb. İHA və SİHA-ların 24 saat havadan müşahidəsi sayəsində bölgədə terrorçubaşları başlarını girdikləri mağaralardan çıxara bilmirlər. Hətta bir müddətdir ki, terrorçubaşları Murad Qarayılan ilə Cəmil Bayık qorxudan görüşə bilmirlər.
 
PKK-nın GEDƏCƏK YERİ YOX
 
PKK Qəndildə sıxışdırılıb. İflas prosesi bir ildir ki, davam edir.
Yüksək səviyyəli PKK-lılar uzun müddətdir ki, toplana bilmir.
 Mərkzlə yerlərdəki terrorçular arasında əlaqələndirmə işi də demək olar çöküb.
Ümumi qərarlar alına bilinmir deyə, yerlərə də çatdırılmır.
Hesabatlara görə, Murad Qarayılan ilə Cəmil Bayık aylardır bir araya gələ bilmirlər. Öldürülmə qorxusundan çölə belə çıxa bilmirlər.
 
İNTERNET QAPADILDI
 
Təkcə bu da deyil. Dağda internet də qapadılıb. Mobil şəbəkə də onun kimi.
Bütün mobil antennalar sökülüb.
 
HƏR AN QƏNDİLDƏN AYRILA BİLƏRLƏR
 
PKK onsuz da ölkə içində tərpənə bilmir. Ölkə daxilindəki tədbirləri demək olar ki, bitib.
Karayılan və Bayıkın əlaqəli olduqları xarici ölkələrlə danışıqları deşifrə olunub. İkisi də Qəndildən qaçmaq istəyir.
 
QIŞ YERLƏŞİMLƏRİ EDİLMƏDİ
 
Keçən qış PKK-ya yeni qoşulanlara siyasi və hərbi təlim verə bilmədilər.
Artıq gənclərin beyinlərini yuya bilmirlər. Belə olduqda da təşkilatda çözülmələr sürətlənib. Dağa çıxanların sayı sıfırlanıb. Qaçışlar və təslim olmalar artıb. Bu arada son məlumatları da bölüşək:
Qəndildə 2 minə yaxın PKK-lı və YPG-li terrorçu vardı. Afrin və Münbiçdən 500 nəfər daha gəlib. Beləliklə terrorçu sayı Qəndildə 2500-ə çatıb.
Müxalifət.az