Piyadanı vurub qaçan sürücü tutuldu

Baxış sayı:
2941

İyunun 25-də saat 1 radələrində Nərimanov rayonunun S.Vurğun küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini H.Hüseynzadə vurulub.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasının törədərək hadisə yerindən yayınan “Hyundai” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini O.Əsgərov saxlanılıb.